Ukrayna paytaxtının Podolsk rayonunda PUA-nın hücumu zamanı üç yaşayış binasında yanğın baş verib, bir neçə həyətdə avtomobillər yanıb, partlayış dalğası bir neçə evin, məktəb və uşaq bağçasının pəncərələrini zədələyib, biznes mərkəzinə ziyan dəyib.
|
| Zelenski Qərbə müraciət edib | VİDEO |
Kiyevin Obolonski rayonunda yaşayış binasının pəncərələri zədələnib. Desnyanski rayonunda Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti dronun 24 mərtəbəli yaşayış binasının 21-ci mərtəbəsini vurduğunu, lakin partlamadığını bildirib.
Xatırladaq ki, oktyabrın 22-nə keçən gecə Rusiyanın Ukrayna paytaxtını və digər şəhərlərini uzaqmənzilli silahlardan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla 6 adam ölüb, 17 nəfər isə yaralanıb.
— Newsfeed (@Newsfeed883920) October 23, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


